Yuxarı

Bakıda yük maşını aşdı: 23 yaşlı sürücü öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yük maşını aşdı: 23 yaşlı sürücü öldü

Bakıda yük avtomobili aşıb.

"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Shacman" markalı yük avtomobili yola aşıb və sürücü 1991-ci il təvəllüdlü Elton Lütvü oğlu Qədirov avtomobilin altında sıxılmış vəziyyətdə qalaraq hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə ağır yük qaldırma qabiliyyətinə malik qaldırıcı kranın köməyi ilə aşmış avtomobili qaldıraraq E.Qədirovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bundan başqa, Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində "VAZ" markalı minik avtomobili ilə "Mitsubishi" markalı minik avtomobili toqquşub. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, qəza nəticəsində "VAZ" markalı minik avtomobili deformasiyaya uğrayıb və sürücü sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müxtəlif alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər.

Tarix
2014.04.18 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla