Yuxarı

ABŞ Dövlət katibinin müavini Azərbaycanda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Enerji Resursları Bürosunda İcra üzrə ABŞ Dövlət Katibi Köməkçisinin Müavini xanım Culia Neşevat bərpa olunan enerji resursları sahəsində fəaliyyətləri müzakirə etmək və əməkdaşlıq üçün potensial sahələri müəyyən etmək məqsədilə bu həftəsonu Azərbaycana səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirlinyindən verilən məlumata görə, səfir Riçard Morninqstar və Dövlət Katibi Köməkçisinin müavini xanım Neşevat Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) ilə görüş keçirib.

Daha sonra xanım Neşevat Balaxanıdakı Tullantıların İdarə Olunması zavoduna, o cümlədən Tullantıların Enerjiyə Çevrilməsi zavoduna səfər etmişdir.

C. Neşevat bildirmişdi ki: "Azərbaycanın alternativ və bərpa olunan enerji resursları sahəsində əldə etdiyi irəliləyişi görmək məni çox sevindirdi. Azərbaycan neft və qaz olkəsi kimi tanınır, lakin biz Azərbaycanı həm də alternativ enerji resursları ölkəsi kimi tanımalıyıq. Azərbaycan təmiz enerji sahəsində böyük irəliləyişə nail olmuşdur və biz Azərbaycanla bu sahədə güclü tərəfdaşlığın qurulmasını səbrsizliklə gözləyirik. / Trend /

Tarix
2014.04.19 / 09:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla