Yuxarı

Mən Belarus haqqında nə bilirəm? - Müsabiqə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mən Belarus haqqında nə bilirəm? - Müsabiqə

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi martın 6-dan 27-dək gənclər arasında "Mən Belarus haqqında nə bilirəm?" adlı esse müsabiqəsi elan edir.

Axar.az xəbər verir ki, müsabiqə gənclərin dünyagörüşünün inkişaf etdirilməsi, gənclər arasında Belarus Respublikası haqqında məlumatlılığın artırılması və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir.

16-29 yaş arasında gənclər müsabiqədə iştirak edə bilər. Müsabiqənin şərtlərinə əsasən hər bir müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında çap olunmamış və 2500 sözdən artıq olmayan esselərə müsabiqəyə qatıla bilər. Azərbaycan, rus və ya belarus dillərində yazıla bilən esselərin mövzuları aşağıdakılardır:

- “Fəth edilməmiş torpaq: Belarus tarixində müstəqillik uğrunda mübarizə”

- “Əsrlər boyu yaşayan adlar. Belarus onlarla fəxr edir”;

- “Belarus Böyük Vətən müharibəsi zamanı (1941-1945)”;

- “Müasir Belarus”;

- “Ağ qanadlar altında torpaq: Belarus təbiətinin zənginliyi”.

- “Belarusda multikulturalizm: Müxtəlif xalqların və dinlərin Belarusda birgə yaşayışı”.

Müsabiqədə iştirak etmək üçün esse, müəllif tərəfindən doldurulmuş iştirakçı vərəqəsi (nümunə əlavə olunur), şəxsiyyəti təsdiq edən sənəd və ya onu əvəz edən sənədin surətinin təqdim olunması vacibdir.

Esselər yalnız elektron formatda [email protected] elektron poçt ünvanında qəbul olunur.

Qeyd edək ki, müsabiqədə ilk beş yeri tutmuş qaliblər xüsusi diplomlar və qiymətli hədiyyələr ilə təltif ediləcəklər.

Tarix
2017.03.07 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla