Yuxarı

Sixelaşvili: "Azərbaycan orta məktəblərində..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sixelaşvili: "Azərbaycan orta məktəblərində..."

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Sixelaşvili azərbaycanlıların kompakt yaşadığı Marneulidə Kvemo Kartli bölgəsindəki orta məktəblərdə gürcü dilini tədris edən gürcü, azərbaycanlı və erməni qadın müəllimləri ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə nazirin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı və jurnalistlər də iştirak edib.

K. Sixelaşvili ilə görüşdə Gürcüstanda siyasət, vətəndaş inteqrasiyası, qadın müəllimləri narahat edən problemlər və onların həlli barədə müzakirə aparılıb. Daha sonra dövlət naziri Qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gül dəstəsi və hədiyyə təqdim edərək, xoş günlər və işlərində uğurlar arzulayıb.

K. Sixelaşvili jurnalistlərə açıqlamasında bölgədə çalışan müəllimlərlə görüşün vacib olduğunu bildirib: “Çünki müəllimlər dövlət dilini vətəndaşlarımıza keyfiyyətlə öyrədir və onlar tam hüquqlu vətəndaşlar kimi müxtəlif sahələrdə çalışırlar”.

K. Sixelaşvili 2015-ci ildə Gürcüstanda etnik azlıqlarla bağlı strateji plan qəbul edildiyini xatırladıb: “Biz etnik azlıqların siyasətə, iqtisadiyyatın müxtəlif sahələrinə cəlb olunmasını nəzərdə tutmuşuq. Bundan başqa, bizim üçün etnik azlıqların keyfiyyətli təhsili vacib istiqamətdir. Biz diqqətimizi daha çox etnik azlıqların ana dillərinin öyrədilməsinə yönəldirik. Bu yaxınlarda biz Acarıstanda yaşayan üç minədək etnik abxaza öz ana dillərinin öyrədilməsi üçün şərait yaratmışıq. Abxazlar öz dillərini öyrənməkdə maraqlıdırlar. Biz Gürcüstanda fəaliyyət göstərən Azərbaycan orta məktəblərində oxuyan məktəblilərə ana dillərinin öyrədilməsinə də diqqət yetiririk. Gürcüstanda yaşayan etnik azlıqlar üçün öz ana dillərinin öyrədilməsi siyasəti bizim üçün vacibdir. Məktəblərdə təhsil alan azərbaycanlı şagirdlər paralel olaraq dövlət dilini də öyrənir, Gürcüstanın ali məktəblərinə imtahan verir və müxtəlif ixtisaslar üzrə təhsil alırlar”.

Tarix
2017.03.08 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla