Yuxarı

Qəzada yaralanan tələbələrdən biri komaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzada yaralanan tələbələrdən biri komaya düşdü

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 3 nəfərdən birinin vəziyyəti çox ağırdır.

Bu barədə Report-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

O bildirib ki, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadədə beyin ölümü başlayıb, ağır komadadır: “O, əməliyyat olunub, çünki dalağı və qaraciyəri dağılmışdı. Onda həm də kəllə-beyin tramvası var idi. Yaşama şansı cüzi olduğundan möcüzə gözləyirik. Hazırda reanimasiyadadır”.

1997-ci il təvəllüdlü Rəsul Sadıqovda isə burun sümüklərinin sınığı, qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi olub. “O, hazırda üz-çənə cərrahiyyə şöbəsində müalicə olunur. 1999-cu il təvəllüdlü Emin Həmidovda kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qeydə alınıb və vəziyyəti orta-ağırdır. Müalicəsi neyrotravma şöbəsində davam etdirilir”, - deyə, baş həkim əlavə edib.

Hər üç yaralı Sumqayıt Dövlət Universitetinin ikinci kurs tələbəsidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında olan 14 nəfər yaralıdan beşi bu gün səhər evlərinə buraxılıb: “Hazırda xəstəxanada 9 yaralı qalıb. Ola bilsin ki, müayinə olunduqdan sonra onların da bir neçəsi evə yazılsın”.

Xatırladaq ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Tarix
2017.03.10 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla