Yuxarı

11 bank bağlandı, 4200 nəfər işsiz qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
11 bank bağlandı, 4200 nəfər işsiz qaldı

Hal-hazırda bank sektoru ən çətin dövrlərini yaşayır. Ötən dövr ərzində bir sıra bankların bağlanması nəticəsində 4200 bank işçisi iş yerini itirib.

APA xəbər verir ki, bunu "Azərbaycanda Amerika Ticarət Palatası" ("AmCham-Azerbaijan") və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib.

Onun sözlərinə görə, devalvasiya nəticəsində sahibkarların və əhalinin ödəniş qabiliyyəti zəifləyib: "Bu, bankların vəziyyətinə və onların kredit portfelinin keyfiyyətinə də mənfi təsir göstərib. Bu baxımdan bank üçün effektivliyin artırılması istiqamətində atılan hər bir addım önəmlidir".

Sədr banklarda səyyar yoxlamalar zamanı bazar qiymətləri məsələsinə də toxunub:

"Banklarda oxşar mal və xidmətlərə görə təqdim olunan bazar qiymətləri ilə bağlı daim Vergilər Nazirliyi əməkdaşları ilə problemlər yaranır. Çünki banklar tərəfindən müxtəlif strategiyalar tətbiq olunur. Bununla bağlı təklifimiz ondan ibarətdir ki, kredit faizlərinə bazar qiyməti prinsipi ya ümumiyyətlə tətbiq olunmasın və yaxud tətbiq olunarkən eyni bankda olan kreditlər üzrə, yəni son 30 gündə verilən kreditlər üzrə bazar faizi anlayışı tətbiq edilsin. Restrukturizasiya olunan kreditlərlə də bağlı təklifimiz oxşardır. Təklif edirik ki, restrukturizasiya olunan kreditlərlə bağlı bazar qiyməti ümumiyyətlə tətbiq olunmasın. Olunarsa, yalnız restrukturizasiya olunmuş kreditlər əsasında bazar qiymətinin müəyyən olunması və hesablanması həyata keçirilsin".

Tarix
2017.03.10 / 14:29
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla