Yuxarı

"Bizə bu yolla heç kim təsir göstərə bilməz"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bizə bu yolla heç kim təsir göstərə bilməz"

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi" əsasında DİM-in maliyyələşdirilməsi üçün ona ianələrin verilməsinin bu qurumun fəaliyyətinin şəffaflığına gölgə sala bilib-bilməyəcəyinə, eyni zamanda, bundan istifadə edilərək DİM-ə qarşı təqziqlərin edilə bilməsinə münasibət bildirib.

DİM-in yanvarın 18-dən fəaliyyətə başladığını xatırladan M.Abbaszadə Trend-ə açıqlamasında bildirib ki, indiyədək DİM-ə ianələrin verilməsi ilə bağlı təklif daxil olmayıb:

“Bəlkə də hansısa təşkilatlar bizim üçün nə isə etmək istəyirlər. Amma hələ müraciətlər olmayıb. Biz özümüz də təşəbbüs göstərərək bu istiqamətdə yəqin ki, hansısa addımlar atacağıq. Ancaq belə addımlar atılmamışdan əvvəl biz onları mütləq Direktorlar Şurasının iclasında müzakirə edəcəyik”.

M.Abbaszadə əlavə edib ki, DİM-in indiyədək olan şəffaflığı bundan sonra da davam etdiriləcək:

“Bizə bu yolla, yəni ianələrin verilməsi yolu ilə heç kimin təsir göstərmək imkanı olmayacaq. Hər şey yenə də açıq, şəffaf olacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "2016-cı ilin 11 aprelində “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"ni təsdiqləyib.

Bu nizamnaməyə əsasən, DİM publik hüquqi şəxsdir. Mərkəz dövlət vəsaitləri, imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər, dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə edilmiş vəsaitlər, mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və yararsız halda olan digər əmlakın satışından əldə edilən və digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına maliyyələşə bilər.

DİM eyni zamanda qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına da maliyyələşə bilər.

Tarix
2017.03.13 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla