Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Sentyabr 2020


Ceyranbatan Kompleksi dünya səviyyəli qurğudur - Su Şurası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci Toplantısının sonuncu günü İdarə Heyəti üzvlərinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunub.

Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olan qonaqlara kompleks haqqında geniş məlumat verilib. Bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadasının keyfiyyətli və dayanıqlı içməli su təchizatına hesablanmış bu kompleksin yaradılmasının təşəbbüskarı prezident İlham Əliyev olub. 2011-ci ildə təməli qoyulmuş kompleks dövlət başçısının iştirakı ilə 28 oktyabr 2015-ci ildə istismara verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr olan kompleksdə 5280 ədəd membran tipli süzgəc quraşdırılıb. Süzgəclərdə emal prosesi insan əli dəymədən, heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla həyata keçirilir və istehlakçılara verilən suyun təbii mineral tərkibi tam qorunub saxlanılır.

SCADA otağı ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, ən yeni texnologiyaların tətbiq edildiyi kompleksdə bütün texnoloji proseslər tam avtomatlaşdırılıb. Emal prosesinin məsafədən idarə edilməsi SCADA sistemi ilə həyata keçirilir. Kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına bu sahədə dünyanın ixtisaslaşmış şirkətləri cəlb olunub. Kompleks 2016-cı ildə Abu Dabidə keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib.

Dünya Su Şurası İdarə Heyətinin üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərin onlarda xoş təəssürat yaratdığını bildiriblər. Dünya Su Şurasının prezidenti Benedito Braqa qeyd edib ki, Azərbaycanda su təchizatı sahəsində ən müasir texnologiyaların tətbiqinə geniş yer verilir: "Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünya səviyyəli bir qurğudur və Azərbaycanın bu sahədəki təcrübəsi digər ölkələr üçün nümunə sayıla bilər".

Komplekslə tanışlıqdan sonra Ceyranbatan Ultrasüzgəcli Qurğular Kompleksinin ərazisində yaşıllaşdırma aksiyası təşkil olunub. Dünya Su Şurası İdarə Heyətinin üzvləri Birinci Bakı Beynəlxalq Su Həftəsinə xatirə olaraq ağac əkiblər.

Daha sonra xarici qonaqlar "+82 Qərb" su anbarı və anbarın yerləşdiyi ərazidə salınmış Yasamal Parkı ilə tanış olublar. Dünya Su Şurası İdarə Heyətinin üzvlərinə məlumat verilib ki, "+82 Qərb" su anbarı Şollar-Bakı Su Qurğuları Kompleksinin əsas anbarlarından biridir. Tarixi memarlıq üslubunda 1 əsr əvvəl tikilmiş bu anbar Bakı şəhərinin içməli su təchizatında mühüm rol oynayır.

Qeyd edək ki, 18 mart 2017-ci il tarixdə Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısı başa çatıb və I Bakı Beynəlxalq Su Həftəsi yekunlaşıb.

Tarix
2017.03.18 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fərhad Nəcəfov vəzifəsindən azad edildi

Bakıda qadın ərini bu cür öldürüb - Şok təfərrüat

Azərbaycanın yeni ağsaqqalı o ola bilər

Universitetə qəbul olan ən yaşlı və ən gənc tələbə...

Tanklarımız atəş mövqelərini tutdu - Video

Nuriyevdən kriminalistə cavab: Cinayətkar yetişdirək?

Dövlət sərhədini pozanlar saxlanıldı

Ali məktəblərə qeydiyyat başladı

“Prezident Heydər Əliyev” tankeri təmir olundu

Nənəsi və bibisini öldürən saxlanıldı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla