Yuxarı

Türkiyədə rəsmilərin iştirakıyla ilk Aşura və Azəri əzadarlar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hal-hazırda Məhəmməd peyğəmbərin (s.ə.s) nəvəsi Hz.Hüseynin Kərbəlada şəhid edilməsinin 1374-cü ili ilə bağlı Türkiyənin Halkalı bölgəsindəki "Arena Mega"da təşkil keçirilir.

"Cəfərilik İnancını Tanıtma", "Araşdırma və Təhsil Dərnəyi" (CAFERİDER) tərəfindən təşkil edilən "Ənənəvi Aşura Matəm Mərasimi" Qurani-Kərimin avazla oxunmasıyla başlayıb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimə TBMM başqanı Cəmil Çiçək, CHP-dən Kamal Kılıçdaroğlu, İstanbul meri Hüseyn Avni Mutlu, MHP-dən Atilla Kaya, Türkiyə Cəfərilərinin lideri Səlahətdin Özgündüz, İrandan da səlahiyyətli nümayəndələr və bizim üçün ən maraqlısı... Videodan da göründüyü kimi Azərbaycandan "Hz.İmam Hüseyn Dəstəsi" iştirak edir, əllərdə Azərbaycan bayrağı dalğalanır, dilimizdə mərsiyələr səsləndirilir.

Meydan dolub-daşır

"Arena Mega"nın qarşısındakı hovuzun suyunu Kərbəlada tökülən qanı simvolizə etməsi üçün qırmızı rəngə boyayıblar.

Qapıların açılmasıyla qısa müddətdə 10 min şəxs "Arena Mega"ya doluşub. Arenaya daxil ola bilməyənlər isə mərasimi bayırdan izləyib. Yeri gəlmişkən, bu il Türkiyədə birinci dəfədir ki, Aşura mərasimi qapalı məkanda keçirilir.

Ölkəmizdə olduğu kimi, Türkiyədə də mərasimdə iştirak etmək üçün səhər erkəndən ölkə daxili və xaricdən mərasim keçiriləcək meydana gələnlər, "Ya Hüseyn", "Ya Zeynəb", "Hər gün Aşura, hər yer Kərbəla" şəklində şüarlar səsləndirirlər.

İştirakçılar, "Ləbbeyk ya Hüseyn" şəklindəki şüarların sədası altında gözyaşı töküblər. Əllərini sinələrinə vuran izdiham, oxunan mərsiyələri və duaları bir ağızdan təkrar ediblər.

Mərasim keçirilən arenada "Qırmızı Aypara Cəmiyyəti" də "Qan ver, həyat qurtar" şüarı altında qanvermə aksiyası təşkil edib.

Meydan ətrafında yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.

Tarix
2013.11.14 / 13:58
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla