Yuxarı

Nazir: Onlara ayda 316,3 milyon verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır.

Axar.az xəbər verir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri ilə işgüzar görüşü zamanı deyib. O bildirib ki, hazırda nazirliyin yerli orqanları vasitəsilə ünvanlı sosial yardım alan şəxslərə hər ay 316,3 milyon manat vəsait ödənilir:

“Dünya Bankı tərəfindən qiymətləndirmələr aparılarkən, ölkəmizdəki sosial müdafiə sisteminin genişliyi, yoxsulluğun azaldılmasında mühüm rol oynadığı, yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə etdiyi müəyyən olunub”.

Nazir həmçinin sosial müdafiə sisteminin təkmiləşdirilməsi məqsədilə görülən işlər haqda məlumat verib:

“Bu sahənin inkişafı üçün artıq “İşsizlikdən sığorta haqqında” qanun layihəsi hazırlanaraq, Milli Məclisə təqdim olunub. Belə bir sistemin qurulması yalnız işsizliyə görə sosial müdafiənin təmin olunmasında deyil, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsində də mühüm rol oynayacaq, həmçinin qeyri-formal əməyin rəsmiləşdirilməsində işçilər üçün stimul yaradacaq”.

Tarix
2017.04.26 / 16:38
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla