Yuxarı

Güclü külək Daşkəsəni bu vəziyyətə saldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 19-da, saat 13.30 radələrində Daşkəsən rayonu ərazisində baş vermiş güclü külək, qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatına, minik avtomobillərinə ziyan dəyib.

APA-nın məlumatına görə, Daşkəsən şəhərindəki İ.Qayıbov küçəsi 30 və 30 a ünvanlarında yerləşən 5 mərtəbəli, S.Vurğun küçəsi 24a ünvanında yerləşən 2 mərtəbəli yaşayış binalarının dam örtüklərinə ziyan dəyib. Güclü külək İ.Qayıbov küçəsi 30a ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının dam örtüyünə daha ciddi ziyan vurub, dam örtüyü tamamilə sıradan çıxıb.

10-dan artıq elektrik dirəyi, 300 paqonmetrdən artıq elektrik kabeli, 3 rabitə dirəyi, 100 paqonmetrdən artıq rabitə kabelinin də sıradan çıxdığı bildirilir.

Həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Mərkəzi Rayon Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.

Faktlarla bağlı aidiyyəti qurumlara məlumat verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

Tarix
2017.05.19 / 16:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla