Yuxarı

Bakı ən ucuz şəhərlər sırasındadır - Reytinq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq konsaltinq şirkəti olan "Mercer"in tərtib etdiyi "Cost of Living Survey 2017" adlı reytinqə əsasən Bakı dünyanın ucuz şəhərlərindən biridir.

APA xəbər verir ki, reytinqə 5 qitədə yerləşən 209 şəhər daxil edilib.

Reytinqin tərtibi zamanı təxminən 200 komponentin qiyməti araşdırılıb ki, onlar arasında yaşayış, o cümlədən mənzil, nəqliyyat, qida, geyim, ev əşyaları, əyləncə və s. var. Oriyentir qismində Nyu York şəhəri (digəriləri bu şəhərlə müqayisə olunub) götürülüb.

Beləliklə, ən bahalı şəhər adını Anqolanın paytaxtı Luanda qazanıb. Onun ardınca Honkonq, Tokio, Surix və Sinqapur gəlir. İlk onluğa həmçinin Seul, Cenevrə, Şanxay, Nyu York və Bern daxildir.

Moskva reytinqin 14-cü pilləsində qərarlaşdığı halda, Sankt-Peterburq 36-dır.

Bakı 209 ölkə arasında 182-ci yerdə qərarlaşıb. Belarusun paytaxtı Minsk 200-cü, Gücrcüstanın paytaxtı Tbilisi isə 204-dür. Ukraynanın paytaxtı Kiyev yalnız 163-cü yerlə kifayətlənməli olub.

Ən ucuz şəhərlər isə Afrikanın Blantayr və Vindhuk, Skopye (Makedoniyanın paytaxtı), Bişkekdir (Qırğızıstanın paytaxtı).

Qeyd edək ki, dünyanın ən iri transmilli şirkətləri öz fəaliyyətində "Mercer"in reytinqlərindən və araşdırmalarından istifadə edir.

Tarix
2017.06.24 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla