Yuxarı

Valideynlərin nəzərinə: Yay məktəbi nədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Universitetlərdə və orta məktəblərdə təşkil olunan yay məktəbləri əsasən tədris prosesində geridə qalmış, davamiyyətə və ya hansısa dərsə görə kəsiri olan şagird və tələbələr üçün nəzərdə tutulub. Bu özü formal və qeyri-formal şəkildə təşkil olunur.

Bu sözləri Axar.az-a yay məktəbinin faydaları, eləcə də yay düşərgəsi ilə yay məktəbi arasındakı fərqlərdən danışan təhsil eksperti Kamran Əsədov deyib. O, yay məktəblərinin şagirdlər üçün önəmini izah edib:

“Tədris prosesini müvəffəqiyyətlə başa vuran şagirdlər isə yay düşərgələrinə cəlb olunurlar. Yay düşərgələri sırf istirahət və praktik cəhətdən öyrənmək məqsədi güdür.

Təhsil haqqında qanunda göstərilir ki, şagirdlərin asudə vaxtının dəyərləndirilməsi və ondan səmərəli istifadəsi üçün dərs olmayan zamanda məktəbdənkənar təşkilat və müəssisələrdə müəyyən tədbirlər və əlavə dərslər təşkil edilə bilər. Dünya təcrübəsində bu qayda müsbət qəbul edilir, yəni məktəb yaşlı şagirdlər 6 yaşdan 17 yaşa qədər aktiv şəkildə tədris prosesinin təcrübəçisi olmalıdırlar”.

Ekspertin sözlərinə görə, hətta eradan əvvəl 4-cü minillikdə qədim Misirdə şagirdlərin dərsdən sonrakı və tətil müddətində olan vaxtdan səmərəli istifadəsi vacib hesab edilirdi: “Azərbaycanda yay müddətində yay məktəbi və düşərgələri sovetlər dönəmində kütləvi şəkildə istifadə olunmağa başlamışdı. İlk dəfə 1921-ci ildə Azərbaycan məktəbliləri üçün pioner düşərgələri təşkil olundu. Bunu istirahət adlandırsaq da, təhsil nəzəriyyəsində göstərilib ki, bu, şagirdlərin tədris prosesində öyrəndikləri nəzəri məlumatların praktiki olaraq həyata keçirilməsidir.

Yay məktəbləri və yay düşərgələri şagirdlərdə ünsiyyətin yüksək səviyyədə inkişafı, təhsil prosesindən uzaqlaşmaması, tədris ili müddətincə qismən tanış olduqları sinifdənxaric oxu materiallarını daha dərindən öyrənmək, istehsalat və peşə fəaliyyəti ilə yaxından tanış olmaq üçün fəaliyyət göstərir. Bu, bütün dünyada mövcud prosesdir.

Düzdür, bizim ölkədə müstəqilliyin ilk illərində yay məktəbləri və düşərgələri dağıdıldı, əraziləri satıldı və yararsız vəziyyətə salındı. Amma 2014-cü ildən etibarən bu sahədə kifayət qədər irəliləyiş var.

Yay məktəbləri və düşərgələrinin əsas məqsədi təhsil müddətində olan çatışmazlıqları tamamlamaqdır. Tədris və təlim mühitinin 90 gün ərzində unudulmaması üçün təşkil olunan bu əlavə fəaliyyət şagirdləri ciddi problemlərdən xilas etməyə xidmət edir”.

Kamran Əsədov təəssüflə bildirib ki, Azərbaycanda hələ də bu proses genişləndirilməyib: “Bakı şəhərində 310 məktəbdən cəmi 30-da yay məktəbi təşkil edilir və bura 2000 şagird cəlb edilir ki, bu da olduqca azdır. Çünki Azərbaycanda bütövlükdə 4500-ə yaxın məktəb fəaliyyət göstərir”.

Tarix
2017.07.03 / 23:45
Müəllif
Nübar Lətifli
Şərhlər
Digər xəbərlər

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla