Yuxarı

Bu tibb müəssisələri publik hüquqi şəxs statusu alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tibb müəssisələri publik hüquqi şəxs statusu alacaq

Yaxın gələcəkdə ilkin mərhələdə publik hüquqi şəxs statusu alacaq tibb müəssisələrin bir neçəsinin adı məlum olub.

Bununla bağlı Report-a açıqlama verən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov siyahıda rayon mərkəzi xəstəxanalarının, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, Respublika Talassemiya Mərkəzinin və bir neçə poliklinikanın yer aldığını bildirib.

O qeyd edib ki, sonrakı mərhələdə Kliniki Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi kimi iri tibb müəssisələri də bu sıraya daxil ediləcək: “Planda bütün tibb müəssisələri var. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirdiyinə görə bu müəssisələr publik hüquqi şəxs formasında olacaq. Sadəcə bu zaman tibb müəssisələrinin daha çox imkanları olacaq, yeni səlahiyyətləri yaranacaq. Tibbi sığorta münasibətlərində rahat iştirak edəcəklər, fiziki şəxslərlə bərabər müəssisələrlə də müqavilələr bağlaya, əmlaklarından daha səmərəli istifadə edə biləcəklər. Onlar həm də qrant və ianə ala biləcəklər”.

Nazirlik rəsmisi xatırladıb ki, Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, “Publik hüquqi şəxs haqqında” qanun qüvvəyə mindikdən sonra ölkədə dövlət tibb müəssisələrinin statusu dəqiqləşib: “Əvvəllər bu sahədə pərakəndəlik var idisə, bundan sonra konkretlik olacaq. Hazırda bu məsələ üzərində iş gedir və yekunlaşmaq üzrədir. Bütün bu işlər ölkədə icbari tibbi sığortanın tədbiqinə köməklik edir”.

O qeyd edib ki, pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir: “Bundan sonra tariflər müəyyən ediləcək. Bütün dövlət tibb müəssisələri üçün eyni xidmətə görə vahid qiymət tətbiq ediləcək. Təbii ki, özəl tibb müəssisələrində ödənişlər fərqli ola bilər”.

Tarix
2017.07.07 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla