Yuxarı

Tələbə qaçdı: məhkəmə qərar verdi – Müəllim danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbə qaçdı: məhkəmə qərar verdi – Müəllim danışdı

Məhkəmənin həbs qərarı çıxarmağı ilə bağlı şayiələri Zəka Mirağayevin özü yayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadə deyib. O, humanizm göstərərək tələbəni bağışlaması, məhkəmə iddiasını geri çəkməsi və onun dərslərini davam etdirməsi barədə səsləndirilən təkliflərlə bağlı qeyd edib ki, dəfələrlə Zəka Mirağayevi bağışlayıb:

“Mən Zəka Mirağayevə kifayət qədər fürsət verdim ki, səhvini başa düşsün. O isə səhvini başa düşmək əvəzinə daha da pis hərəkətlər etdi. Onun fürsəti var idi ki, səhvini dərk etsin. Bundan sonra onu bağışlamağım mümkün deyil. O öz elədiklərinin cavabını verməlidir”.

Dekan müavini Nigar İsmayılzadə hələ ki, məhkəmənin qərar çıxarmadığını deyir:

“Məhkəmənin 3 il 6 ay həbs qərarı çıxarması ilə bağlı yayılan xəbərlər şayiədir. Bunların hamısını Zəka Mirağayev yayıb. Hələ ki, məhkəmə bir qərar verməyib. Onun böhtanlarına dözə bilmədim, bunun üçün məhkəməyə müraciət etdim. Onun necə cəzalandırılacağına isə məhkəmə qərar verəcək”.

Qeyd edək ki, BDU İlahiyyat fakültəsinin 4-cü kurs tələbəsi Zəka Mirağayev mətbuata verdiyi açıqlamada və yazılarında Nigar İsmayılzadəni rüşvət almaqda ittiham edib. Dekan müavini, dosent Nigar İsmayılzadə isə Zəka Mirağayevi ona böhtan atdığı üçün məhkəməyə verərək tələbənin məsuliyyətə cəlb edilməsini istəyib. Zəka Mirağayev isə məhkəmənin barəsində sərt qərar verəcəyindən ehtiyat edərək, ölkəni tərk edib.

Məhkəmə bu gün Zəka Mirağayevin axtarışa verilməsi barədə qərar çıxarıb.

Tarix
2017.07.10 / 17:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla