Yuxarı

Həlak olan FHN əməkdaşının kimliyi açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həlak olan FHN əməkdaşının kimliyi açıqlandı

16:40

Fövqəladə Hallar Nazirliyi bədbəxt hadisə nəticəsində həlak oan əməkdaşı ilə bağlı məlumat yayıb.

FHN-dən Axar.az-a verilən məlumatda bildirilib ki, 18 iyul 2017-ci il tarixində saat 14:16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub.

FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfəri həlak olub, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda baş vermiş hadisə zamanı ölən şəxslərin kimliyi məlum olub.

APA-nın məlumatına görə, quyuda təmir işləri aparan İlqar adlı fəhlə və onu xilas etmək üçün quyuya düşən FHN əməkdaşı Rasim Məmmədov ölüb.

Onların hər ikisi qazdan boğulub.

FHN-in dörd əməkdaşı isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Tarix
2017.07.18 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Sumqayıt, Gəncə və Yevlaxla bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

WUF13-ün bağlanış mərasimi keçirilir - Canlı

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

AB Rusiya qazı almağa qayıdacaq - Magyar

Xüsusi nümayəndə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev bu universitetin rektoruna məktub göndərdi

Quru sərhədlərlə bağlı mühüm xəbər: Gözlənilən tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla