Yuxarı

Kreditlərin həcmi niyə azaldıldı? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banklar tərəfindən şərtlərin ağırlaşdırılması və problemli kreditlərin həcminin artması müştərilərə verilən kreditlərin həcminin azaldılmasına gətirib çıxarıb.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov bankların müştərilərə verdiyi kreditin həcminin azaltmasının səbəblərini şərh edərkən deyib.

Ekspert bildirib ki, kreditlərin həcminin azaldılmasının əsas səbəbi bankların yeni kredit şərtləri müəyyənləşdirilməsi ilə bağlıdır.

“Həmçinin Mərkəzi Bank tərəfindən də bankların kredit verilməsi ilə bağlı tətbiq etdiyi qaydalar şərtləri ağırlaşdırdı. Artıq iş yerindən arayışın tələb olunması, girovun tələb olunması, vətəndaşların ödəmə qabiliyyətinin yoxlanılması kredit verilməsinin azalmasına gətirib çıxardı. Əvvəllər banklar tərəfindən vətəndaşların ödəmə qabiliyyəti yoxlanılmadan kifayət qədər böyük məbləğlər müştərilərə təklif olunurdu. Hətta bəzi kommersiya bankları çay evlərində belə plastik kartların paylanmasını həyata keçirirdi. Bu da vətəndaşların kütləvi borclanmasına gətirib çıxarırdı”.

V.Bayramov digər səbəbin verilən kreditlərin geri qaytarma faizinin aşağı düşməsi olduğunu qeyd edib:

“Statistika göstərir ki, təxminən 2.5 milyon vətəndaşın banklarda krediti var. Onların bir qismi problemli kreditlərdir. Problemli kreditlərin sayının artması kreditlərə kütləvi tələbin azalmasına gətirib çıxardı”.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası son statistikalarda banklar tərəfindən müştərilərə verilən kreditin həcminin azaldığını açıqlamışdı.

Tarix
2017.07.25 / 09:34
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla