Bu gün uşaqlar günüdür - 1
iyun. Bu təqvimdə "Axar.az" oxuculara uşaqlarımızla bağlı mühüm bir
siyahını təqdim edir. Bu siyahını "samizdat nağıllar" da
adlandırmaq olar. Çünki həmin nağılların məzmunu və rəvayəti
övladlarımızın psixoloji ovqatına mənfi təsir edə bilər. Gəlin
siyahı ilə tanış olaq:
Qarğa ilə Tülkü
Bu nağılı çoxumuz bilirik. Qarğa bir pendir tapar və ağaca
qonaraq onu yeməyə başlayar. Tülkü isə hiyləgərlik edərək qarğanı
aldadıb pendiri ondan oğurlayıb yeyir. Uşaqlara aldatmağın,
oğurluğun pis bir şey olduğunu öyrətsək də, bu nağıl bunun gülməli
və maraqlı bir şey olduğuna inandıracaq. Beyni inkişafda olan
uşağın bu hekayədən aldığı dərs isə birini aldadaraq və yalan
söyləyərək əlində nə varsa ala bilməkdir.
Avqust Böcəyi ilə Qarışqa
Bu nağıl uşaqların ağıllarını başlarından alan, onları qarışqa
düşməni edən, yardımlaşmanın, bir-birinə dəstək olmanın pis bir şey
olduğunu aşılayan bir hekayədir. Burada uşaqlarımıza çalışqanlığı,
əməksevərliyi ilə nümunə göstərdiyimiz qarışqaların bir böcəyi
işləmədiyi üçün ölümə tərk etmələrindən danışılır.
Qarışqaların necə zəhmətkeş bir heyvan olduğunu danışdığımız
uşaqlar dediklərimizə deyil, bu nağıla daha çox inanacaq. Bu isə
onda heyvanlara nifrət oyatmaqla yanaşı, həm də zəhmət çəkməyən
insanın ölümə məhkum olduğuna inandıracaq. Bunu öyrənən uşaq
yardımlaşmanı, çətin vəziyyətdə olanlara əl uzatmağı öyrənməyəcək.
Nağıl kapitalist nizamı təlqin edən bir nağıldır. Sən də çalış
sənin də qarının doysun, yoxsa ölərsən!
Rapunzel
Nağllın elə əvvəlindən Rapunzelin atası cadugər bağçasından iki
dəstə kahı götürdüyü üçün bunun qarşılığında körpə qızını cadugərə
verir. Psixoloqlar deyir ki, ana və atanın iki dəstə kahı üçün
övladından imtina etməsini uşağa izah etmək mümkün deyil. Bu onda
təbii olaraq valideynə qarşı inamsızlıq yaradır. Nağılda cadugər
qızı aldıqdan sonra bir qalaya həbs edir və saçlarını da illərlə
kəsmir. Psixoloqlar deyir ki, uşaqların qaranlıqdan, tək qalmaqdan
qorxmasına səbəb olacaq bu nağılın heç bir xeyirli tərəfi
yoxdur.
Hansel ilə Qretel
Bu nağılın ümumiyyətlə uşaqlara öyrətdiyi müsbət keyfiyyətlərə
malik bir şey yoxdur. Bəlkə də uşaqlar üçün qadağan edilməli bir
nağıldır. Zalım ögey analar, qəddar atalar, adamyeyən cadugərlər bu
nağılın əsas qəhrəmanlarıdır. Ögey ananın qəddarlığını haradasa
başa düşmək olar. Bəs atanın öz övladlarını meşəyə atmasını uşağa
necə izah etmək olar? Və ya tort və şirniyyatlarla böyüyən, olduqca
kök olan Qreteli yeməyə çalışan cadugərin bir uşaq nağılında nə işi
var? Uşağın o kiçik beyninə adamyeyənlik fikrini hələ uşaq yaşda
salmağın hansı müsbət təsiri ola bilər ki?
Qırmızıpapaq qız
Ana sözü dinləməmək, nənə ilə qurd arasındakı fərqi anlamayacaq
qədər axmaq olmaq, heyvanlara əziyyət vermək – hamısı bu nağılda
var. Çoxumuzun əzbər bildiyi bu nağıldan çıxarılası bir dərs
yoxdur. Nənəsi ilə canavarı ayıra bilməyən bir nəvənin sonra həmin
canavarı meşəbəylərinin köməyi ilə öldürməsi uşağı eyvanları
öldürməyin normal bir şey olduğuna inandırır. Psixoloqların
fikrincə belə nağllar sonradan uşağın asosial psixopata
çevrilməsinə səbəb olur.
Çirkin ördək balası
"... Son doğan bala digərlərinə heç bənzəmirdi ... çox çirkin
idi". Xüsusilə evin sonbeşiyinə sizcə bu nağıl necə təsir edər?
Bütün ferma, eləcə də ördəyin anası onu qəbul etmir və tək buraxır.
Hətta onu yanlarına belə gəlməyə qoymurlar. Uşaqlara xarici
gözəlliyin hər şeydən daha önəmli olduğu göstərən bu nağıl elə
kiçik yaşlarından onlarda kifir olanların çıxdaş edilməli olduğunu
göstərir. Bunun qorxusunu yaşadır ona. Nağılın sonunda çirkin ördək
balası böyüyüb çox gözəl və cəlbedici olması da hər şeyin xarici
gözəllikdən asılı olduğunu göstərir. Psixoloqların fikrincə, bu
nağıl uşaqlarda, xüsusilə evin ən kiçiklərində, görünüşünə görə
nisbətən fərlənən uşaqlarda "çirkinlik sindromu" yaradır.
Kibritçi qız
Bu nağıl qədər qəddar və kədərli ikinci uşaq nağılı bəlkə də
hələ yazılmayıb. Soyuqda isinmək üçün balaca qızcığaz hər
yandırdığı kibrit çöpü ilə sanki nağılı oxuyanın da ruhu yanır.
Nağılın sonunda soyuqdan donmuş kibritçi qızın cəsədi isə
ümumiyyətlə nağıl aləmində görülməmiş qəddarlıqdır. Sonunda acı,
kədər, iztirab, ölüm olan bir uşaq nağılı ola bilərmi heç? Belə
nağıllar uşaqları mənən zədələməkdən başqa bir işə yaramır.
Tülkü ilə Leylək
Türk qonaqpərvərliyi deyilən bir şey varsa, bu hekayə
uşaqlarımıza bunun tam əksini təlqin edir. Evə gələn qonaq yemək
yeməsin deyə hər cür hoqqabazlıq etməyi hansı valideyn uşağına
öyrədir? Təbii ki, heç kəs. Ancaq bu nağıl uşaqlara qonağa qarşı
hörmətsizliyi öyrədir. Nağılda Tülkü evinə qonaq gələn Leyləyə onun
dimdiyinə uyğun olmayan dayaz qabda yemək verir. Növbəti gün isə
Leylək onun evinə qonaq gələn Tülküyə uzun darboğaz qabda yemək
təqdim edir. Uşağqlarımızın bu nağldan nə öyrənməsini gözləyirik
ki? Evə gələn qonağı mümkün olduğunca evə ac yollamağımı?