Yuxarı

Zakir Həsənov Alabino poliqonunda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 12-də Moskva şəhərində səfərdə olan müdafiə naziri Zakir Həsənov Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.

Axar.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Rusiya müdafiə naziri Sergey Şoyqu və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan “Dostluq Evi”nə gəliblər. Burada onlar Z. Həsənov ilə görüşərək, birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olub. “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Tarix
2017.08.13 / 11:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla