Yuxarı

“Baksell” yeni texnologiyasını istifadəyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Baksell” şirkəti Azərbaycanda ilk dəfə olaraq “HD Voice” texnologiyasını istifadəyə verib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, UMTS (3G) şəbəkəsində müasir innovativ AMR-WB (Adaptive Multi-Rate Wideband/Çoxsəviyyəli Tənzimlənən Geniş Zolaqlı Şifrələmə) texnologiyasının tətbiqi vasitəsilə “Baksell” öz abunəçilərini çox yüksək keyfiyyətli danışıq təcrübəsi ilə təmin edəcək.

Adi zəngdən fərqli olaraq, “HD Voice” (high definition voice) - səsin ötürmə kanallarının tutumunun optimallaşdırılması texnologiyası sayəsində abunəçilər bir-biri ilə danışarkən nitqi çox yüksək dəqiqliklə eşidə bilirlər. Bununla yanaşı, yeni istifadəyə verilmiş texnoloji özəllik danışıq zamanı abunəçinin ətrafında olan əlavə səs-küyü minimal həddə gətirir və digər abunəçinin qarşı tərəfin nitqini daha aydın və şəffaf şəkildə eşitməsini təmin edir. Nəticə etibarilə hər iki abunəçi bir-birini eyni otaqda olduğu kimi eşidirlər.

“HD Voice”dən faydalanmaq üçün abunəçidən hər hansı əməliyyatı yerinə yetirmək tələb olunmur. Mobil cihaz bu funksiyanı dəstəklədiyi halda bütün danışıqlar avtomatik qaydada heç bir əlavə ödəniş etmədən “HD Voice” texnologiyası ilə baş tutur.

“Baksell” abunəçilərini ən yüksək keyfiyyətli mobil rabitə ilə təmin etmək məqsədilə ən yeni texnologiyaların tətbiq olunması üçün şəbəkəsində təkmilləşdirmə işlərini həyata keçirməyə davam edəcək.

Tarix
2017.08.17 / 16:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla