Yuxarı

Nazir neft quyularından şikayətçidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir neft quyularından şikayətçidir

"Minopsislər Xəzər dənizində yaşayan canlılar, xüsusən də balıqlar üçün ciddi təhlükə yaradırlar".

"Axar.az"ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazirin sözlərinə görə, təkcə minopsislər Xəzəryanı 5 ölkənin birlikdə vurduğu ziyandan daha çox ziyan vurublar. Bununla belə, nazir vəziyyətin tədricən sabitləşəcəyini düşünür:

"Bu canlılar Rusiya gəmiləri vasitəsilə əvvəlcə Qara və Azov dənizlərinə, sonra isə Xəzər dənizinə gətirilir. Lakin hesab edirəm ki, onların Xəzər dənizinə vurduğu ziyan tədricən aradan qalxacaq. Çünki Qara və Azov dənizlərində belə bir problem çox ağır mərhələyə gəlib çatmışdı. Sonradan təbiət tədricən özünü tənzimlədi və problemin qarşısı xeyli alındı. Xəzəryanı 5 ölkəni birləşdirən Xəzər Bioresursları Komissiyası hazırda bu məsələ üzərində işləyir və eksperimentlər aparılır".

Nazir bildirib ki, ekspertlər minopsislərin düşməni olan jele xarakterli bir canlının minopsisin öhdəsindən gəlməsini yoxlayıblar. Lakin o canlı da Xəzər dənizi üçün yaddır və minopsisləri məhv etdikdən sonra həmin canlıların nə kimi problemlər yaradacağı məlum deyil.

Nazir neft quyularını günahlandırdı

Daha sonra nazir Xəzər dənizinin əsasən Sovet dövründən qalmış köhnə neft quyuları tərəfindən çirkləndiyini və bunun daha çox Neft Daşları ətrafında baş verdiyini deyib.

Ümumilikdə həmin ərazilərdə əvvəlki illərlə müqayisədə çirklənmənin on dəfələrlə azaldığını deyən nazir bunu daha modern texnologiyalardan istifadə olunması ilə izah edib.

H.Bağırov bəzi beynəlxalq təşkilatlar tərəfindən Sumqayıt şəhərinin adının çirkli şəhərlər siyahısına salınmasına da münasibət bildirib. Onun sözlərinə görə, həmin hesabatlar siyasi xarakterlidir və cırtdan, cəmi bir neçə işçisi olan qeyri-ciddi təşkilatlar tərəfindən hazırlanır. "Hər kəsə məlumdur ki, hazırda Sumqayıtda ekoloji vəziyyət Sovet dövrünə nisbətən xeyli dərəcədə yaxşıdır, bioloji çirklənmə isə 10-20 dəfə azalıb. Bu isə daha müasir texnologiyalardan istifadə olunması ilə bağlıdır".

Tarix
2013.11.21 / 12:52
Müəllif
Hüseyn
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla