Yuxarı

Yeni müəllimlərin etirazı: Qeydiyyat niyə gecikdirilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin işə qəbulu müsabiqələrindən uğurla keçən namizədlərin çoxu Feysbuk sosial şəbəkəsində etirazlara başlayıblar.

Axar.az xəbər verir ki, etiraz edənlər daha çox Sumqayıt şəhərində işə qəbul edilən müəllimlər olublar. Belə ki, müsabiqədən uğurla keçdikdən sonra onlara qəbul olduqları məktəblərdə problemlər yaradıldığını bildiriblər. Müsabiqə qaliblərinin bir çoxu məktəb direktorlarının onlara öncədən müsabiqədə göstərildiyi kimi dərs saatı vermək istəmədiklərini, bu işdə onlara həmçinin Sumqayıt Təhsil Şöbəsinin də yardım etmədiyini iddia ediblər. Yeni müəllimlər həmçinin Sumqayıt Təhsil Şöbəsində də onlara qeydiyyatla bağlı problemlərin yaradıldığını və onların qeydiyyat müddətinin gecikdirildiyini vurğulayıblar.

Müəllimlər həmçinin qeydiyyat müddətinin məhdud olmasından da şikayətləniblər. Belə ki, şikayətçilər sentyabrın 5-nə qədər olan qeydiyyat müddətinin 4 gününün qeyri-iş gününə təsadüf etdiyini və bunun da onlara müəyyən problemlər yaradacağını söyləyiblər.

Məsələ ilə əlaqədar olaraq Sumqayıt Şəhər Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən verilən açıqlamada müəllimlərin dərs saatının onların şəxsi səhifələrində göstərildiyi kimi olacağı bildirildi:

“Məktəb direktoru namizədlərin iş saatlarına müdaxilə edə bilməzlər. Düzdür, namizədlərin sənəd qəbulu mərhələsində məktəblərdə bir az narahatlıq oldu. Rəsmi məktəblərinə gedən yeni müəllimləri direktorlar qəbul edə bilməyiblər. Çünki Təhsil Şöbəsinin rəsmi cavablarını gözləyirlər. Artıq biz onu yoluna qoymuşuq. Bu gündən işlər başladılıb, məktublar hazırlanır, sabaha qədər məktublar veriləcək. Bütün namizədlər yeni iş günündən etibarən sənədlərini məktəbə verə bilərlər”.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə yeni müəllimləri yaranan və onlara qarşı yaradılacaq problemlərlə bağlı dərhal Təhsil Nazirliyinin qaynar xəttinə müraciət etmələrini istəyib:

“Bayram günləri istisna olmaqla, namizədlər öz sənədləri ilə iş saatı müddətində qəbul olduqları məktəbə yaxınlaşa bilərlər. Məktəblərdə problemlə üzləşən müəllimlər 146 qaynar xəttə zəng vurub, öz şikayətlərini bizə bildirsinlər. Problemləri, tezliklə, aradan qaldırmağa çalışacağıq”.

Tarix
2017.08.30 / 16:56
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla