Yuxarı

Bakıda bal yarmarkası keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a bildiriblər ki, yarmarkada iştirak etmək istəyən arıçılar məhsullarını sentyabrın 19 –dan 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər:

 Şəxsiyyət vəsiqəsi;

 Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi);

 Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə;

 Rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktub.

Yarmarkada satışa yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar çıxarılacaq.

Sərgi-satış yarmarkasına hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədilə arıçılıq məhsullarının anbara qəbulu sentyabrın 18-20-də Lənkəran, sentyabrın 21-də Kəlbəcər-Laçın və Yuxarı Qarabağ, sentyabrın 22-23-də Gəncə-Qazax, sentyabrın 24-25-də Şəki-Zaqatala, sentyabrın 26-da Quba-Xaçmaz və Abşeron, sentyabrın 27-28-də Naxçıvan, sentyabrın 29-da Dağlıq Şirvan, sentyabrın 30-da isə Aran iqtisadi rayonları üzrə keçiriləcək.

Eyni zamanda, oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatma mərasimi təşkil olunacaq. Maraqlananlar Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və 012-498-94-47 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Tarix
2017.09.19 / 20:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla