Yuxarı

Kəmaləddin Heydərov İran nümayəndə heyətini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov İran nümayəndə heyətini qəbul etdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikası sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Xosrov Tacın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

K. Heydərov bildirib ki, prezident İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində Tehranda aparılmış danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.

FHN nümayəndə heyətinin cari ilin martında İrana səfəri zamanı sənaye və mədən sahələrində əməkdaşlığın gücləndirilməsinə dair aparılmış müzakirələr də olduqca faydalı olub.

Öz növbəsində, M. X. Tac iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

İran nümayəndə heyəti FHN-in Böhran Mərkəzi ilə də tanış olub.

APA

Tarix
2014.06.19 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla