Yuxarı

“Bu işdə onların üzərinə böyük missiya düşür” - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Türkiyədə “Ailə, Toplum və Dövlət” simpoziumunda iştirak edib.

Axar.az xəbər verir ki, millət vəkili Vuslat Platformasının təşkilatçılığı, Üsküdar bələdiyyəsinin dəstəyi ilə keçirilən və 3 gün davam edən simpoziumda geniş məruzə ilə çıxış edib.

Q.Paşayeva bildirib ki, ortaq tariximizin və mədəniyyətimizin gənclərimizə daha geniş öyrədilməsi istiqamətində çalışmalar daha da artırılmalıdır:

“Bu istiqamətdə uşaq ədəbiyyatının genişlənməsinə, məhz bu mövzular ətrafında proqramların, filmlərin və teleserialların artmasına ehtiyac var. Bunun üçün isə ilk növbədə gənclərimizin ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, problemlərimizi, gələcəyə baxışlarımızı daha yaxşı bilməsinə çalışmalıyıq”.

Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili türkləri bütün ədalətsizliklərə qarşı birgə mübarizəyə səsləyib:

“Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizimdir. O üzdən harada doğulmasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, müəllimlərimizin, həmçinin aydın, şair, yazar, QHT və jurnalistlərin üzərinə çox böyük missiya düşür”.

Tarix
2017.10.18 / 14:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla