Yuxarı

Prokurorluq dələduzu həbs edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluq dələduzu həbs edib

Vətəndaşların külli miqdarda əmlaklarının dələduzluq yolu ilə ələ keçirilməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, istintaq zamanı Abşeron rayon sakini Vidadi Əliyevin Bakı şəhər sakinindən onu Hərbi Poliklinikaya işə düzəldəcəyini yalandan vəd edib 3 min manat, həmçinin Şabran rayon sakini Aydın İsmayılovla əlbir olub Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirini dəyişdirəcəyini yalandan vəd edərək oğlundan 13 min manat məbləğində pulu alaraq özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirməklə dələduzluq etmələrində şübhələr üçün əsaslar olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2014.06.23 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla