Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


İlham Əliyev metroda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:37

Bu gün metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev retro vaqonlarla tanış olub.

Xatırladaq ki, 1967-ci il noyabrın 6-da Bakı Metropolitenin “İçərişəhər” stansiyasından ilk qatar uzunluğu 10 kilometrdən bir qədər az olan xətt üzrə hərəkətə başlayıb. “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları həmin xəttin üzərində yerləşirdi. Ulu öndər Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, metro da sürətli inkişaf yolu keçib, istismara buraxılan stansiyaların sayı 14-ə, xətlərin ümumi uzunluğu isə 22 kilometrə çatdırılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına retro vaqonlar barədə məlumat verib.

Qeyd edək ki, Mıtişşi maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar “A” tipli vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib.

Retro tipli digər vaqonlar “Q” tipli vaqonlar idi. Yeni mühərrikli vaqonlar Qorki xətti üçün nəzərdə tutulduğuna görə “Q” tipli adlandırılırdı. Bu vaqonların istismar müddəti 1983-cü ildə başa çatıb.

Təqdimatı olan “E” tipli digər vaqonların hazırlanmasına isə 1956-cı ildə başlanılıb. “E” tipli ilk iki sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı.

Sonra Prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gəlib.

Qeyd edək ki, 2003-cü ildə Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyub. 50 illik yubileyi qeyd edilən Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında 2014-cü ildə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra silsilə yeniliklər biri-birini əvəzlədi.

Retro vaqonlarla tanış olan Prezident İlham Əliyev 50 illik yubileyi münasibətilə Bakı Metropolitenin kollektivini təbrik edib, yeni-yeni uğurlar arzulayıb.

Tarix
2017.11.06 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Cəlilabadda kütləvi dava: yaralılar var

Azərbaycanda deputat vəfat etdi

Bülbüloğludan göstəriş: Yaralı azərbaycanlılar...

Göytəpədə bədbəxt hadisə: DSX-nin əsgəri həlak oldu

Paşayeva nüfuzlu təşkilat rəhbərləri ilə görüşdü - Foto

Parada hazırlıq: Bakıda məşqlər başladı

Xızıda çobanları ildırım vurdu: 1 ölü, 1 yaralı

"Günay Bank"la bağlı açıqlama yayıldı

Xaçmazda reyd: Bu sürücülər cərimələndi - Foto

Sabahın hava proqnozu açıqlandı

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla