Yuxarı

Bu metro stansiyaların adı dəyişdirilib - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metro ilk dəfə 1967-ci il 6 noyabrda fəaliyyətə başlayıb. Rəsmi şəkildə isə metropolitençilər bu gün peşə bayramlarını qeyd edirlər. Yarım əsrdir fəaliyyət göstərən Bakı metrosunun bu gün 25 işlək, 5 tikilməkdə olan stansiyası mövcuddur. İlk fəaliyyətə başladığı illərdə metronun 5 stansiyası – “Bakı Soveti”, “26 Bakı Komissarı”, “28 Aprel”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları fəaliyyət göstərib.

Zamanla yeni stansiyalar açılıb və daha başqa dəyişikliklər də olub ki, bu gün də onların şahidi oluruq. Bakı metrosunda zamanla dəyişikliyə məruz qalan həm də stasiyaların adları olub. İlk vaxtlar başqa adlarla fəaliyyətə başlayan stansiyalar sonradan adlarını dəyişib.

Axar.az xəbər verir ki, müəyyən səbəblər üzündən zamanla adları dəyişdirilən stansiyalardan biri də indiki “20 Yanvar” stansiyasıdır. 1985-ci ildən fəaliyyətə başlayan bu stansiyanın ilk adı "XI Qızıl Ordu Meydanı" olub. Məlum 20 yanvar hadisələri zamanı da stansiya “XI Qızıl Ordu Meydanı” kimi fəaliyyət göstərib. Hadisədən 2 il sonra, 27 aprel 1992-ci ildə stansiyanın adı “20 Yanvar”la əvəzlənib.

İndiki “28 May” stansiyası Bakı Metrosunun ilk fəaliyyətə başladığı ildə “28 Aprel” adlanıb. Bu stasiyanın adı 9 aprel 1992-ci il tarixində dəyişdirilib.

Növbəti belə stansiyalardan biri də indiki “Qarar Qarayev”dir. 1972-ci ildən fəaliyyətə başlayan stansiyanın ilk vaxtlar adı "Avrora" stansiyası olub. 27 aprel 1992-ci ildən isə stansiyanın adı indiki adla əvəzlənib.

“Bakmil” stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı "Elektrozavod" olub. 1 yanvar 1993-cü il tarixində həmin ad “Bakmil" adı ilə əvəzlənib.

"26 Bakı Komissarı" stansiyasının adı 9 aprel 1992-ci ildə “Sahil”ə dəyişdirilib.

“Bakı Soveti”nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci il tarixində "İçәrişәhәr" adı ilə əvəzlənib.

Adı dəyişdirilən hələlik sonuncu stansiya “Koroğlu”dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər "Məşədi Əzizbəyov” olub. Lakin 6 il öncə, 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və "Koroğlu" adlandırılıb.

Tarix
2017.11.08 / 16:58
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Qriqoryan Bakı ilə razlaşmalar barədə Şoyquya məlumat verdi

Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…

Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…

Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident

Prezident açıqladı: Onun da sonu yaxınlaşır…

Ermənistana verilən silahların qiyməti… - Prezident

Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!

Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla