Yuxarı

Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı

Ermənistan Baş nazir Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Respublika Meydanı” Teleqram kanalı (Ermənistan) məlumat yayıb.

Kanal məsələ ilə bağlı Paşinyandan sitat gətirib:

“Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri (anklavlar) var, bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır”.

“Respublika Meydanı” hesab edir ki, Ermənistan Azərbaycanın Tavuş və Araratdakı anklavlarını Bakıya verməyə hazırlaşır. Mənbənin fikrincə, bununla Ermənistan-Gürcüstan və Ermənistan-İran yolları Azərbaycanın nəzarətinə keçəcək.

“Paşinyan və komandası “Tramp yolu”nun, əslində isə Zəngəzur dəhlizinin, yaxud Sünikin (Qərbi Zəngəzur) açarlarını ABŞ və Türkiyə-Azərbaycan tandeminə verir. Zəngəzur bundan sonra tamamilə Azərbaycan mövqeləri və səngərləri ilə əhatə olunacaq. Paralel olaraq, Ermənistanın İranla əlaqəsi kəsiləcək”, - məlumatda vurğulanıb.

Tarix
2025.08.21 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif etdiyi Nailə İslamzadənin - Dosyesi

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla