Yuxarı

Azərbaycanda din xadimlərinə maaş veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən etibarən dövlət tərəfindən rəsmi şəkildə tanınan din xadimlərinə məvacib ödəniləcək.

Report xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, qeydiyyatdan keçən dini kolleclər mərhələli şəkildə fəaliyyətə başlayacaq və təhsil pulsuz olacaq: "Əgər dini təhsilin ideoloji, ictimai təhlükəsizlik üçün əsas olduğu deyilirsə, o zaman dini təhsillə bağlı vəziyyət mütləq dəyişilməlidir. Azərbaycan dini təhsilin ödənişli olduğu nadir ölkələrdən biridir. Ona görə də dini təhsil ödənişli olmamalıdır. Dövlət bu sahəni prioritet hesab edirsə, dini təhsilin ödənişli olması aradan qaldırılmalı, dini təhsilin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir".

G.İsmayılov bildirib ki, dini təhsil alan şəxslər mütləq təyinat almalıdır: "Həmin adam din xadimi təyin edildikdən sonra məvacib almalıdır. Yalnız bunlara nail olduqdan sonra ölkədə dini təhsilin səviyyəsini qaldıra bilərik. Əgər bunları etməsək, onda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə, Bakı İslam Universitetinə gələn əksər tələbələrin intellektual səviyyəsi bizi qane etməyəcək".

O, Bakı İslam Universitetində də təhsilin mərhələli şəkildə pulsuz olmasının vacibliyindən danışıb: "Hazırda bu istiqamətdə işlər görülür. Əgər bu gün Bakı İslam Universiteti ödənişlidirsə, bunun günahı ali təhsil müəssisəsində deyil. Bu məsələnin həlli yalnız Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universitetinin tam səlahiyyətində deyil".

Tarix
2017.11.10 / 12:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla