Yuxarı

Cadugər qadının müəmmalı qətli - Xaçmaz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cadugər qadının müəmmalı qətli - Xaçmaz

O, ölümündən əvvəl qonşulara məktub yazıb.

Xaçmaz rayonunun Muxtadir kənd sakini, 76 yaşlı Suruxanım Seyifova evində asılmış vəziyyətdə tapılıb. Xaçmaz Rayon Polis Şöbəsindən vesti.az-a verilən xəbərə görə, S. Seyifovanın bir müddət gözə görünməməyi kənd sakinlərinin narahatlığına səbəb olub.

Kənd sakinləri polisə müraciət edib. Sakinlərin yanında S. Seyifovanın mənzilinin içəridən bağlı qapısı qırılıb və o, asılmış vəziyyətdə tapılıb. Ekspertizanın nəticələrinə görə, 76 yaşlı qadın 4 gün əvvəl keçinib. S. Seyifovanın müəmmalı ölümü kənddə söz-söhbətə səbəb olub. Deyilənlərə görə, guya mərhumu əvvəl incidib, sonra asıblar. Qatillər pul axtarırmışlar. Kənd sakinləri deyirlər ki, mərhum cadugərliklə məşğul olduğu üçün haqqında qəribə söhbətlər gəzirmiş. Ancaq şayiələr həqiqətə uyğun deyil.

Bir müddət əvvəl evini satmış mərhumun pullarını Dağıstanda yaşayan oğlu ondan alıb. Ölümündən əvvəl 5 uşaq anası S. Seyifova qonşularına şikayət edirmiş ki, oğlu ona 1 manat olsun pul saxlamayıb. Polisdən verilən məlumata görə isə mərhumun 5 uşağından yalnız bir qızı Muxtadir kəndində yaşayır və o da anasıyla danışmır: "Onlar küsülü olub, səbəbini bilmirik. Hətta evdə ərinin 14 il əvvəl yazdığı məktub da tapılıb. Kişi qızının onun yasına buraxılmamasını tələb edib. İndi də qadın eyni xahişlə qonşularına müraciət edib. Bunlar hamısı çox qəribədir".

Təxmin edilir ki, qadın övladları ola-ola tək qaldığına görə intihar edib.

Tarix
2014.07.01 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla