Yuxarı

Hüseyn Bağırov 5 işçiyə mükafat verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və nazirliyin əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazir və nazirlik əməkdaşları mərhum prezident Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və görkəmli alim, əməkdar elm xadimi Həsən Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Sonra

nazirliyin inzibati binasında H.Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan nazir H.Bağırov dünya şöhrətli alimin ekologiya elminə verdiyi müstəsna xidmətlərindən danışıb.

Tədbir iştirakçılarına akademikin həyat yoluna dair film nümayiş olunub.

Sonda 5 nəfər əməyinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən təsis olunmuş “Ekologiya və ətraf mühitin mühafizəsi sahələrində əldə etdikləri nailiyyətlərə görə akademik Həsən Əliyev adına mükafat”la təltif edilib.

Qeyd edək ki, Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar nazirlik Qala-Türkan yolunun ətrafında ağacəkmə aksiyası keçirmişdi. 7 hektar ərazidə 4500 ədəd badam ağacının əkildiyi aksiyada nazir Hüseyn Bağırov da iştirak etmişdi.

Tarix
2017.12.15 / 14:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla