Yuxarı

Bayrağımızı endirən türk professorun ifadəsi alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayrağımızı endirən türk professorun ifadəsi alındı

Türkiyə Təhsil Nazirliyindən Uludağ Universitetinə olayın araşdırılması üçün nümayəndə gəlib. Rektorluqda müzakirədən sonra professor Salih Payın baş verən hadisə ilə bağlı izahatı tələb edilib.

Bu barədə Axar.az əməkdaşına Əskişəhər Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın deyib. Pay bildirib ki, bir ay öncə kampusda İsrail bayrağının endirildiyi müşahidə olunub. Bunun ardınca isə Ermənistan bayrağı endirilib:

“Payın sözlərinə görə, sol təfəkkürlü gənclərin Azərbaycan bayrağını endirəcəyi barədə məlumat alıb və azərbaycanlı tələbələrlə də bu mövzuda danışıb. Bildirib ki, Azərbaycan bayrağına qarşı hər hansı addımın qarşısını önləmək, yəni bayrağımızı qorumaq niyyətilə endirilməsinə və saxlanılmasına qərar verib”, - C.Aydın deyib.

Professor həmçinin etiraf edib ki, Ermənistan bayrağı məsələsində yanılıb. Ermənistan bayrağı ümumiyyətlə o kampusda asılmamalı imiş, çünki Ermənistandan heç bir tələbə bu fakültədə təhsil almır (Fakültə önündə yalnız o ölkədən təhsil alan tələbə olduqda bayrağı asılır – red.)

Cavid Aydın araşdırmanın nəticəsində hər şeyin üzə çıxacağını, Salih Payın bu izahatının nə qədər həqiqət olub-olmadığına aydınlıq gətiriləcəyini bildirib.

Qeyd edək ki, Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun Azərbaycan bayrağını endirməsi tələbələrin yaydığı videodan sonra ictimailəşib. Daha sonra türkçü gənclərin Uludağ Universitetindəki təşkilatının rəhbəri İsmayıl Haqqı Başar olayın təfərrüatını əks etdirən bəyanat yayıb.

Olay Azərbaycanda ziyalıların və millət vəkillərinin kəskin etirazına səbəb olub.

Tarix
2017.12.18 / 23:36
Müəllif
Nigar Ögeday
Digər xəbərlər

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla