Yuxarı

Türkiyədə Azərbaycan bayrağı endirildi: etiraz qalxdı – Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə Azərbaycan bayrağı endirildi:

02:00

Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professoru Azərbaycan bayrağının endirilməsinə qərar verib.

Axar.az xəbər verir ki, buna səbəb Ermənistan bayrağının universitetin bayraqlar sırasından çıxarılması olub. Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini açıqlayıb və bildirib ki, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağı da öz yerinə bərpa ediləcək.

Baş verənlər isə universitetin millətçi gənclərinin ciddi narazılığına səbəb olub. Bayrağı Türkiyənin ülküçü gənclərinin endirdiyini, azərbaycanlı tələbələrin bu məsələyə heç bir aidiyyəti olmadığını bildirən bir neçə türk gənc əllərində Azərbaycan bayrağı tutaraq, universitet önündən etiraz videosu paylaşıblar.

Onlar bildiriblər ki, azərbaycanlı tələbələr endirilən bayrağın əvəzində yeni bayraq asmaq istəyiblər və universitetin mühafizə polisi tələbələrin bu istəyinin icrasına, daxili qaydalara zidd olmasına baxmayaraq, mane olmayıblar. Həmçinin universitetin müəllim heyəti də azərbaycanlı tələbələrə dəstək verib. Mühafizə polisinin və müəllimlərin bu dəstəyini alqışlayan gənclər ilahiyyat professorunu ən ağır sözlərlə təhqir edərək, əslində, Türkiyədə Ermənistan bayrağı olmaması gərəkdiyini və bunu edən əxlaqsız professorun mütləq cəzalanacağını qeyd ediblər.

***

İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyinin başqanı, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası başqanının müavini Mülazim Pahsa olaya etirazını bildirib. M.Pahsa sosial şəbəkə hesabından Axar.az-ın ictimailəşdirdiyi bu etiraza dəstək verdiklərini bildirib.

"Uludağ Universitetinin ilahiyyat professoru, Can Azərbaycan bayrağının şanlı səmalarımızda dalğalanmasından rahatsız olan erməni sevdalısı professor pozuntusu: erməni bayrağını hər hansı bir saf, təmiz qanlı, şərəfli qardaşım endiribsə, onun əllərindən, ayaqlarından öpürəm. Erməni sevdalı professora çox sevdiyi Ermənistana getməsini məsləhət görərdim. Gözəl ölkəmdə oxuyan cocuqlarımızı da özü kimi terrorçu yetişdirəcəyindən narahatıq. Hörmətli Prezidentim, hörmətli Baş nazirim və Təhsil nazirimdən bu professoru dərhal universitetdən uzaqlaşdırmasını xahiş edirəm. Bu professoru şiddətlə tənqid edir və qınayıram", - Pahsa qeyd edib.

***

Uludağ Universitetinin İlahiyyat fakültəsinin Mühafizə Polisindən (Güvənlik müdirliyi) Axar.az-a bildirilib ki, Azərbaycan bayrağının universitetdə endirilməsindən söhbət gedə bilməz:

“Azərbaycan bayrağı bizim öz bayrağımız və onu kimsə endirə bilməz. Azərbaycan qardaşımızdır, onu sevməyi kimsədən öyrənməmişik. Söhbət İqtisadiyyat fakültəsinin kompundan gedir ki, bu barədə bir söz deyə bilmərik”.

Mühafizə Polisindən qeyd olunub ki, sözügedən professor Salih Pay İlahiyyat fakültəsinin professoru olsa da, İqtisadiyyat fakültəsində də dərs deyir və o kompus üzrə məsuldur:

“İqtisadiyyat fakültəsi isə bu gün çalışmadığı üçün mövzuya aydınlıq gətirə bilməyəcəyik”.

Əskişərəh Azərbaycan Dərnəkləri başkanı Cavid Aydın Axar.az-a açıqlamasında mövzu ilə bağlı bazar ertəsi prokurorluğa müraciət etməyi düşündüklərini bildirib. Onun sözlərinə görə, Salih Payın o sözləri dediyi tələbələri hələ müəyyənləşdirə bilməyiblər:

“Olay çox həssasdır və diqqətimizdədir. Araşdırmalar aparırıq və gərəkəni edəcəyik”.

Cavid Aydın hər kəsi diqqətli olmağa, tələyə düşməməyə və hissə qapılmamağa da çağırıb:

“Unutmayın ki, bəzən qəsdən belə provokasiyalar yaradırlar, qardaşlar arasına nifaq salmağa cəhd edirlər. Bunun qarşısını almaq da bizim görəvimizdir. Vaxtaşırı olaraq Türkiyədə belə cəhdlər olub və sonunda türklərin Azərbaycanı necə sevdiyi, Türkiyənin Azərbaycan dəyərlərini necə qoruduğu bir daha üzə çıxıb. Buna görə də narahatlığa əsas yoxdur, nə lazımsa, ediləcək”.

Mövzunu diqqətdə saxlayacağıq.

Tarix
2017.12.16 / 14:08
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla