Yuxarı

Gömrükdə qanunsuz siqaret və spirtli içkilər aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu yaxınlığındakı "Avtovağzal" adlanan ərazidə Azərbaycan aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub.

DGK-dan Axar.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun qeyd edilən ərazidə apardığı əməliyyat tədbirləri nəticəsində içərisində Azərbaycanın aksiz markası ilə markalanmayan malların olduğu ehtimal edilən VAZ-21 099 markalı nəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilin sərnişini Azərbaycan vətəndaşı nəqliyyat vasitəsindəki yüklərin ona aid olduğunu bildirdikdən sonra "Sınıq Körpü" gömrük postunun ərazisində qanunvericiliyə uyğun şəkildə yüklərə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 1 litrlik həcmdə 29 ədəd müxtəlif markalı spirtli içkilər, 4200 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.01.18 / 10:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla