Yuxarı

Quskadan Rəsul Quliyevə: Sən haranın itisən?!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quskadan Rəsul Quliyevə:

Eks-spiker Rəsul Quliyev və sabiq deputat Hüseyn Abdullayev arasında gərginlik yaranıb.

Rəsul Quliyev mühacir jurnalist Emin Hüseynova verdiyi video-müsahibəsində Hüseyn Abdullayev və keçmiş səfir Arif Məmmədovun prezidentlik şansları barədə sualı da cavablandırıb. Eks-spiker onların heç birində prezidentlik potensialını görmədiyini bildirib: “Mən onların heç birini tanımıram, amma yazılarını oxumuşam. Düzdür, hamının belə bir iddiaya düşmək hüququ var, amma mən onlarda prezidentlik potensialı görmürəm”.

Hüseyn Abdullayev özünün Feysbuk səhifəsində Rəsul Quliyevə ağır ifadələrlə cavab verib. H.Abdullayev bildirib ki, Rəsul Quliyev primitiv və özünün gülünc danışıq tərzi ilə boşboğazlıq edir:

“Birincisi, sən haranın itisən ki, mənim hansı potensialımın olub-olmadığını müəyyən edirsən? İkincisi, mənim sənə qoyduğum hörmətin səbəbi, hazırda təmsil olduğun partiyanın təsisçisi və mənə yaxın olan Ağasif İbrahimovla bağlı idi. Yoxsa sən mənim üçün tamamən maraqsız və heç bir əhəmiyyət daşımayan, eyni zamanda tarixin zibilliyinə atılmış siyasi bir boşluqsan. İndi sən nə vaxtsa hansısa dılqır bir zavodun müdiri olmusan deyə, ölkədəki iqtisadi, hüquqi və köklü siyasi islahatların necə aparılmasını səndən başqa heç kimin edə bilməyəcəyini düşünürsən? Mənim ümumiyyətlə özündən razı olanlardan zəhləm gedir. Heç özünə hörmət edən adam deyərmi ki, mən kifayət qədər ağıllı adamam? İnsan var ki yaşlaşanda üzünə nur, kəlamlarına müdrüklük dolar”.

H.Abdullayev həmçinin qeyd edib ki, özünü bu rejimə müxalif sayan və elə bir ciddi təhdidlə qarşılaşmamasına baxmayaraq, qaçıb 22 il Amerikada gizlənən birisinin haqqında dediyinə çox üzülüb. Müraciətini isə bu cür tamamlayıb:

“Bundan sonra istədiyin qədər çərənləyə bilərsən. Mənim daha sənə ayıracaq nə vaxtım, nə də istəyim var”.

Rəsul Quliyevin Azərbaycanda nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə Rəsul Quliyevin təhqir olunmasına hər hansı cavab verməkdən imtina edib. “Yeni Müsavat”ın əməkdaşına öncə “Çox böyük yazı hazırlayıram, zəlzələ yaradacaq məlumat orada yer alacaq, bir qədər gözləyin” deyən A.Şakiroğlu bir neçə saat sonra hələlik səbrli olmağa üstünlük verdiyini bildirib.

Tarix
2018.02.03 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla