Yuxarı

Dəhşətli qəzada ölən gənc BDU-nun tələbəsi imiş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.02.18, 11:58

Dünən səhər saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində baş verən dəhşətli qəzada ölən 18 yaşlı Asif Qardaşovun Bakı Dövlət Universitetinin tələbəsi olduğu məlum olub.

Lent.az xəbər verir ki, keçən il Masallının Boradigah qəsəbəsində orta məktəbi bitirən Asif Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1-ci kursunda təhsil alırmış və dünən ikinci semestr dərslərindən iştirak etmək üçün rayondan Bakıya gəlirmiş.

Məlum olub ki, Asif ailənin iki övladından biri olub. Onun qardaşı da keçən il baş vermiş ağır yol qəzasında vəfat edibmiş.

Qeyd edək ki, dünən Salyanda Masallı rayonunun Boradigah qəsəbə sakini, 57 yaşlı Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi 44 BM 994 dövlət nömrə nişanlı “Mersedes Sprinter” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən 90 JP 203 dövlət nömrə nişanlı 57 yaşlı Bakı şəhər sakini Natiq İdayət oğlu Əliyevin idarə etdiyi “Nissan” markalı avtokranla toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Masallı rayon Boradigah qəsəbə sakini Şəbnəm Seydulla qızı Musayeva və həmin qəsəbədən olan digər sərnişin - 18 yaşlı Asif Vaqif oğlu Qardaşov aldıqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - Boradigah sakinləri 50 yaşlı Nurəliyeva Gülzar Firudin qızı və 30 yaşlı Ağarəhimov Amin Həbibulla oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına terləşdiriliblər. Yuxarı sağ ətrafından ağır xəsarət alan Gülzar Nurəliyeva hazırda əməliyyata götürülüb.

Hadisənin avtokranın ötmə əməliyyatında olarkən onunla eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşması nəticəsində baş verdiyi deyilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Tarix
2018.02.19 / 10:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla