Yuxarı

Usubov və Qaralov avtoritetləri qəbul etmədi – İmtina

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Rusiyanın Kaluqa həbsxanasında cəza çəkən azərbaycanlı kriminal avtoritetlər Ruslan Nəzərli (Bərdəli Ruslan) və onun qardaşı Dadaş Nəzərli (Bərdəli Dadaş) hakim önünə çıxarılıb.

Axar.az “Kraym Taym”a istinadən xəbər verir ki, təşkil olunan məkhəmədə avtoritet qardaşların Rusiya Federasiyası məhkəməsindən Azərbaycan məhkəməsinə ekstradisiyası müzakirə olunub. Məlumata görə, göndərilən sorğuya Azərbaycan tərəfi mənfi cavab verib. Belə ki, Daxili İşlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralov məsələ ilə bağlı məhkəməyə ünvanlanan məktubda adıçəkilən şəxslərin oğru dünyası ilə sıx əlaqədə olduqları və buna görə də onların Azərbaycana ekstradisiyasının yolverilməz olduğunu bildiriblər.

Qeyd edək ki, Ruslan Nəzərli Kaluqa şəhər Məhkəməsinin qərarı ilə Rusiya Cinayət Məcəlləsinin 318-ci (dövlət məmuruna qarşı zorakılıq), 209-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma) və 163-cü yəni (quldurluq) maddəsi ilə təqsirli bilinərək, 10,5 il azadlıqdan məhrum edilib. Dadaş Nəzərliyə isə eyni maddələrlə 11,5 il cəza verilib.

Ruslan və Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum qanuni oğru Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.

Tarix
2018.02.21 / 16:01
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Nə istəyirsiniz? Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla