Yuxarı

Lənkəranın mədəniyyət ocaqları sönür - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda mədəniyyət mərkəzləri, kinoteatrlar, tarixi abidələr bərbad vəziyyətdədir.

Axar.az-ın əməkdaşı araşdırma zamanı öyrənib ki, müstəqillikdən bəri Lənkəranda "Nizami" və "Spartak" kinoteatrları istifadəsiz qalıb.

Hər iki kinoteatr bir müddət çayxana, bilyard salonları kimi fəaliyyət göstərib. Ancaq "Spartak" artıq özəlləşdirilərək şəxsi mülkə çevrilsə də yenə istifadəsizdir.

"Nizami" kinoteatrı isə rekonstruksiya olunmasını gözləyir. Bu mədəniyyət mərkəzinin Lənkəran Rayon İcra Hakimiyyəti tərəfindən Regionların Dövlət Proqramı əsasında yenidən bərpası nəzərdə tutulsa da, icrası gecikir.

Lənkəranda ilk kinoteatr 1926-cı ildə fəaliyyətə başlayıb. İlk səssiz kino film də "Spartak" adlanan kinoteatrda 1927-ci ildə nümayiş etdirilib.

Şəhər sakinləri də bu vəziyyətdən təəssüflənirlər. Onların sözlərinə görə, sovet vaxtı bu kinoteatrlarda anşlaq olardı. Amma bu mədəniyyət ocaqlarının binaları indi dramatik vəziyyətdədir.

Eyni zamanda Mədəniyyət Nazirliyinin yerli əhəmiyyət daşıyan memarlıq abidəsi də acınacaqlı haldadır. 19-cu əsrə adi bu qədim hamamın binası müharibədən çıxmış yerə oxşayır.

İllərdir baxımsız vəziyyətdə olan tarixi hamamın qapısına kilid vurulsa da, dam örtüyü, divarları uçub-tökülüb. Rayon sakinlərini isə qeyd edirlər ki, bina qar və yağış yağdığı zaman tədricən uçur.

Uçuq-sökük binanın üzərinə isə böyük hərflərlə Mədəniyyət Nazirliyi yerli əhəmiyyətli memarlıq abidəsinin dövlət tərəfindən qorunduğu yazılan lövhə vurulub.

Tarix
2014.07.31 / 00:01
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla