Yuxarı

Ermənilər atəşkəsi pozdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 101 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, Voskepar kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Tarix
2018.03.21 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla