Yuxarı

Sələfilərin lideri Mübariz Qurbanlı ilə görüşmək istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sələfilərin lideri Mübariz Qurbanlı ilə görüşmək istəyir

"Əbu-Bəkr məscidinin fəaliyyətinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün dini komitənin yeni sədrinə müraciət edəcəyik. Fikrimiz var ki, təzə sədrlə görüşək, bu məsələni müzakirə edək. Çünki məscidin fəaliyyətinə məhdudiyyət qoyulandan sonra dini radikallıq artıb".

Bu sözləri Axar.az-a "Əbu-bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov bildirdi. Q.Süleymanovun sözlərinə görə, məlum hadisədən sonra məsciddə kütləvi toplaşmağa məhdudiyyət qoyulub:

"Bizə deyilmişdi ki, istintaq bitənə qədər belə davam edəcək. İstintaq çoxdan yekunlaşıb, amma bu məsələyə baxılmır.

İş məhkəməyə getdi, bir nəticəsi olmadı. Çox az sayda, o da icma üzvlərinin məscidə gəlməsinə imkan verilir. Ona görə də yeni sədrlə görüşüb, müzakirə etmək fikrimiz var. Bunun üçün cəhd edəcəyik. Ümid edirik ki, müsbət nəticələnəcək".

Qeyd edək ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yen sədri YAP-çı deputat Mübariz Qurbanlıdır. O, nurçu qalmaqalı ortaya çıxandan sonra komitə sədri vəzifəsindən azad edilən Elşad İsgəndərovun yerinə təyin edilib.

Tarix
2014.08.10 / 15:55
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla