Yuxarı

SOCAR prezidenti Kumsişvili ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR prezidenti Kumsişvili ilə görüşdü

SOCAR-ın prezidenti Rövnəq Abdullayev martın 30-dan aprelin 1-dək Gürcüstanda səfərdə olub.

Bu barədə Axar.az-a SOCAR-dan məlumat verilib. Bildirilib ki, səfər zamanı SOCAR-ın prezidentini şirkətin vitse-prezidentləri Süleyman Qasımov, David Məmmədov və Sərmayə İdarəsinin rəisi Vaqif Əliyev müşayiət ediblər.

Səfər çərçivəsində R.Abdullayev Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb. Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığı, gələcəkdə ikitərəfli tərəfdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə ediblər.

Səfər zamanı, həmçinin "”SOCAR Energy Georgia” şirkətinin Tbilisidəki ofisində yığıncaq keçirilib. “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov SOCAR-ın prezidentini şirkətin 2017-ci ildəki fəaliyyətinin nəticələri, eləcə də 2018-ci il üzrə inkişaf planları barədə məlumatlandırıb. İclasın sonunda "SOCAR Energy Georgia" şirkətinin 2017-ci il üzrə uğurları nəzərə alınaraq 2018-ci il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Tarix
2018.04.01 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla