Yuxarı

Macarıstanda Atilla Yurdu quruldu – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Macarıstanda Atilla Yurdu quruldu – Foto

Avqustun 8-10-u tarixlərində Macarstanın Buğacı bölgəsində V Turan Qurultayı keçirilib.

Azərbaycam və Türk Xaqları Əməkdaşlıq Mərkəzindən Axar.az-a daxil olan məlumata görə, ilk dəfə Macar Turan Fondu tərəfindən keçirilən Hun-Türk Qurultayları iki ildən bir keçirilir. Qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkstan, Türkmənistan, Qırğızıstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyektlər olan Avarlar, Başqırdlar, Çuvaşlar, Qaqauzlar, Qaraqalpaqlar, Tatarlar, Tuvalar, Yakutlar, Noğaylar, Moğollar böyük bir nümayəndə heyəti ilə təmsil olunurlar.

Bu dəfə də qurultayda 27 dövlətdən nümayəndə heyətləri təmsil olunub.

Qurultayda ölkəmizi ATXƏM sədri İlham İsmayılov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Cavanşir Feyziyev, Fərəc Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BAMF-ın sədri Umud Mirzəyev, DGTYB-nin başqanı Əkbər Qoşalı, ATXƏM-in icra katibi və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və s. şəxslər təmsil ediblər.

Buğacda düzənlənən V Hun-Türk Qurultayını fərqləndirən əsas özəlliklərdən biri Qurultay keçirilən ərazidə böyük Atilla "yurt"unun (çadır) qurulması olub. Qara rəngdə qurulan "yurt" tarixə həm də bu vaxtadək qurulan ən böyük çadır olaraq keçib.

V əsr hun döyüşçülərinin zirehli geyimləri ilə təpədən-dirnağa silahlanmış atlılar yurtun ətrafında keşik çəkiblər. İki gün ərzində on minlərlə insanın ziyarət etdiyi yurtun içərisində hunların Altaylardan Karpat hövzəsinə gəlişini əks etdirən əsl tarix canlandırılıb.

Tədbirdə Macarıstanın bir səra rəsmi dövlət adamları da iştirak və çıxış edib.

Tarix
2014.08.15 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla