Yuxarı

Qorbaçov bu səhvini başa düşmədi... - Ramiz Mehdiyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 30 ildir ki, müstəqil Azərbaycan Respublikası keçmiş ittifaq dövlətinin miras qoyduğu Dağlıq Qarabağ münaqişəsinə cəlb edilib.

Axar.az xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsindəndir. Akademik məqaləsində Dağlıq Qarabağ probleminin Sovet İttifaqına vurduğu zərbədən də bəhs edib:

“Keçmiş SSRİ-nin rəhbərliyi anlamalı idi ki, Ermənistanın “səpdiyi” separatçılıq və işğalçılıq toxumu ittifaqın digər respublikalarını və regionlarını da əhatə edəcək və bu, gələcəkdə idarəolunmaz prosesə gətirib çıxaracaq. Lakin ittifaq rəhbərliyinin, şəxsən Qorbaçovun Dağlıq Qarabağ probleminin həllində qətiyyətli və ədalətli mövqe tutmaması nəticəsində separatizm meyilləri dərinləşdi və münaqişə zəncirvarı prosesə çevrildi.

Ermənistan ayrı-ayrı xarici dövlətlər tərəfindən “bəslənildiyi” və himayə olunduğu halda, Azərbaycan heç bir xarici dəstək olmadan inkişaf edərək özünü müstəqil bir dövlət kimi təsdiq etməkdədir. Ölkəmizdə dövlət quruculuğu Ermənistandan fərqli olaraq, həmişə milli xarakter daşıyıb. Yəni, Azərbaycan öz müstəqil dövlətini yalnız öz gücü və daxili potensialı hesabına qurub və bu gün də ölkənin siyasi rəhbərliyi müstəqil dövlət quruculuğunu milli əsaslar üzərində və milli maraqlarımıza uyğun olaraq həyata keçirir”.

Qeyd edək ki, məqalənin tam mətnini Azərbaycan Dövlət İnformasiya Agentliyindən (Azərtac) oxuya bilərsiniz.

Tarix
2018.04.17 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla