Yuxarı

Bu qəsəbədə “Kamaz”ı olmayana qız verilmir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qəsəbədə “Kamaz”ı olmayana qız verilmir - Video

Bir vaxtlar şoferlər qəsəbəsi kimi tanınan Qobustanda əvəllər "Kamaz"ı, indi isə "Şaqman"ı olmayana qız verilmir.

Xəzər xəbər-in məlumatına görə, bura Bakıdan təxminən 60 kilometrlik məsafədə yerləşən Qaradağ rayonunun Qobustan qəsəbəsidir. Qəsəbə sakinlərinin dili ilə desək, "Qobustan qəsəbəsində "Kamaz"ı olmayana qız verilmir”.

Bu qəsəbədə sözün əsl mənasında hər həyətdə bir "Kamaz" var. "Kamaz"ların sayının həddindən artıq çox olmasını elə qəsəbəyə girişdə və mərkəzi yolda olan təmir qarajlarının sayından da hiss etmək olur.

Qəsəbədə "Kamaz" sayının çox olmasının səbəbi ilə maraqlandıq. Yerli sakinləri deyir ki, Qaradağ daş karxanalarının əsas məkanıdır. Məhz buna görə də bu qəsəbədə "Kamaz" sayı bu qədər çoxdur. Qəsəbə sakinlərinin bir çoxu sürücülük edərək çörək pulunu qazanır.

Digər bir səbəb isə vaxtı ilə bu ərazidə yük avtomobilləri bazasının olmasıdır.

Bu "Kamaz"ların əksəriyyəti şəxsidir, bəziləri isə icarə əsasında istifadə edilir.

Tarix
2018.05.05 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla