Yuxarı

“Bəzi QHT-lər casus yuvasına çevrilib”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bəzi QHT-lər casus yuvasına çevrilib”

Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları casus yuvası olub. Həmin QHT rəhbərlərinin kökünü, etnik mənşəyini göz önünə gətiriləndə, həmin şəxslərin indiyədək Azərbaycanda aşkarcasına fəaliyyət göstərməsi belə adama qəribə gəlir".

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

S. Rüstəmxanlı bəzi QHT təmsilçilərinin həbsinə münasibət bildirərək, onların içində Azərbaycan qanunlarına zidd addım atanların olduğunu vurğulayıb: "Yəni, ən azı onların işlərinə baxanda görürəm ki, mənim düşüncə tərzimə uyğun olmayan bir sıra proqramlar həmin QHT-lərin vasitəsi ilə həyata keçirilir. Bəzilərinin aldığı pulların mənbəyi də qaranlıqdır. Bu baxımdan onların içərisində Azərbaycan qanunlarına zidd addım atanlar da var. Ancaq kütləvi şəkildə gənclərə qarşı təzyiqlər məni ciddi şəkildə narahat edir və buna qarşı barışmaz mövqedə dayanıram".

O, müxalifyönümlü siyasi partiya rəhbərlərinin QHT təmsilçilərinin həbsi ilə bağlı təsis etdiyi Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına qatılmamasının səbəbini də açıqlayıb. S. Rüstəmxanlı bildirib ki, sözügedən qurumun fəaliyyəti VHP tərəfindən araşdırıldıqdan sonra orda iştirak edib-etməmək barədə qərar veriləcək: "Mən Azərbaycanda deyildim. İki gün öncə Türkiyədən qayıtmışam. Telefonla Mirmahmud Mirəlioğlu ilə danışığımız olub. Amma mənim yaranan qurumun çərçivəsi, məqsədi, təşəbbüskarları haqqında ciddi məlumatım yoxdur. Məlumat olmadığına görə həmin qurumda iştirak edib-etməyəcəyimiz barədə bir söz deyə bilmərəm. Bu məsələ hələ araşdırılmalıdır".

Tarix
2014.08.21 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla