Yuxarı

Ayaz Mütəllibovun restoranı bağlandı - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva şəhərindəki məşhur "Kura" restoranı bağlanıb.

Moskvadakı mənbədən Axar.az-a daxil olan məlumata görə, bu barədə qərar vergi xidmətinin apardığı ciddi yoxlamalardan sonra verilib. Mənbənin məlumatına görə, Moskvanın Kantemirovskaya küçəsində yerləşən restorana hazırda heç kim buraxılmır.

Restoranın sahibi əslən Zərdab rayonundan olan Mehman Nuriyev, onun şəriki isə Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdur.

Ayaz müəllim uzun illər Moskvada yaşadığı illərdə bu restorandakı otaqlardan birindən özü üçün kabinet kimi də istifadə etmişdi. Eks-prezident Bakıdan gələn qonaqlarını da məhz bu restoranda qarşılayırdı. Həmin restorana qeyri-rəsmi qəyyumluğu Ayaz Niyazoviç edirdi.

Mənbənin dediyinə görə, restoranın nə vaxt açılacağı bəlli deyil.

Tarix
2014.08.21 / 21:42
Müəllif
Ceyhun Səmədov
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla