Yuxarı

Əfv daha çox kimlərə şamil olunacaq? - Yekun siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın bir neçə gün ərzində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir. Artıq Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdırıb. Komissiya keçirdiyi iclaslarda 1500-ə yaxın müraciətə baxıb və yekun siyahını ölkə başçısına təqdim edib.

Növbəti əfv sərəncamı daha çox kimlərə şamil olunacaq? Onların arasında əcnəbi və qadınlar olacaqmı?

Azərbaycan Respublikası prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Azvision.az-a açıqlamasında deyib ki, növbəti əfv sərəncamının daha çox insana şamil olunacağı gözlənilir:

"Sərəncam yetkinlik və yetkinlik yaşına çatmayanlar, qadınlar, əcnəbilər daxil olmaqla bütün təbəqələrdən olan insanları əhatə edəcək. Əfv Komissiyası məhkumların ərizələrinə onların yaşına, cinsinə, əcnəbi olmasına fərq qoymadan baxır. Prezidentimiz öz səlahiyyətlərindən istifadə edərək, yaxın günlərdə əfv sərəncamı imzalayacaq”.

M.İbrahimqızı vurğulayıb ki, növbəti əfv sərəncamında ölkə başçısı daha çox ailəni sevindirəcək: "Komissiya hər dəfə çalışır ki, möhtərəm prezidentimizin humanist siyasətindən daha çox məhkum yararlansın. Dünyada insan üçün ən dəyərli nemət can sağlığı və azadlıqdır. Bir məhkum azad olunursa, bu, təkcə onun sevinci deyil. Onun ailəsi, qohumları, dostları, tanışları buna görə sevinir. Ona görə Əfv Komissiyasında çalışılır ki, sərəncam daha çox məhkuma şamil olunsun. İnanırıq ki, növbəti əfv sərəncamında ölkə başçısı daha çox ailəni sevindirəcək”.

Tarix
2018.05.23 / 00:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla