Yuxarı

DİM-dən təhsil proqramlarını uğurla bitirənlərə - Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq təhsil proqramları üzrə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslərə müraciət edib.

Axar.az xəbər verir ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının 19-cu bəndində qeyd olunduğu kimi Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində beynəlxalq təhsil proqramları (International Baccalaurate®, A-level, SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurna və müvafiq sənəd alan Azərbaycan vətəndaşları aşağıdakı müsabiqə şərtlərini ödədikləri halda ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan müvafiq ixtisasları üzrə müsabiqədə DİM tərəfindən keçirilən qəbul imtahanlarında müvafiq nəticələr əldə edən abituriyentlərlə yanaşı iştirak edə bilərlər:

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və IELTS imtahanından ən azı 6.0 bal nəticə əldə etdikləri halda;

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və TOEFL İBT imtahanından ən azı 75 bal nəticə əldə etdikləri halda.

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və PTE Academic imtahanından ən azı 50 bal nəticə əldə etdikləri halda.

Qeyd olunan şərtləri ödəyən abituriyentlər üçün Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən “Mühasibat uçotu və audit” , “Maliyyə” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə plan yerləri ayrılmışdır.

Həmin ixtisaslara qəbul olmaq istəyən abituriyentlər mayın 29-dək aşağıdakı sənədləri şəxsən DİM-ə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1 M) təqdim etməlidirlər.

1. “Abituriyentin elektron ərizəsi”nin surəti;

2. Təhsil sənədinin əsli və surəti (cari ilin məzunları - ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini cari ildə beynəlxalq təhsil proqramları üzrə bitirmələri haqqında məktəbdən arayış, iyul ayının 20-dək – təhsil sənədinin əsli və surəti)

3. Müvafiq imtahan nəticələri.

Bundan əlavə, həmin abituriyentlər SAT imtahanı nəticələrini elektron şəkildə College Board saytında (https://www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) göndərməlidirlər.

Qeyd olunan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (22 aprel tarixində keçirilmiş Azərbaycan dili fənni üzrə birinci imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) iyunun 10-da “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak edərək “məqbul” qiymət almalıdırlar. Bunun üçün onlar mayın 29-dək dim.gov.az saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən "test imtahanı verəcəyi dil" bölməsində rus dilini seçməlidirlər. 2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar.

Tarix
2018.05.23 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla