Yuxarı

Azərbaycanda ilk dəfə Rusiya helikopterləri təmir edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə olaraq Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri həyata keçirilib

APA-nın məlumatına görə, "Silk Way Helicopter Services” şirkəti yanında Helikopterlərin Əsaslı Təmiri üzrə Servis Mərkəzi ilk dəfə olaraq Mi-8AMT/MTV tipli helikopterlərin əsaslı təmirini həyata keçirib.

Azərbaycanda belə mərkəzin yaradılması haqqında qərar 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ("Azerbaijan International Defence Exhibition” – ADEX) zamanı verilib.

Mərkəzin fəaliyyətinin birinci mərhələsi olaraq 6 noyabr 2017-ci il tarixindən etibarən "SWHS” aviaşirkətinin baza aeroportu olan Zabrat Hava Limanında Rusiya istesalı olan Mi-8AMT/MTV helikopterlərinin əsaslı təmirinə başlanılıb. Təmir işləri Rusiyanın "356” saylı aviatəmir zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birgə, habelə nəzarəti altında aparılıb.

Mi-8AMT/MTV vertolyotların təmiri "Silk Way Helicopter Services” MMC-nin mütəxəssisləri ilə birgə yüksək peşəkarlıqla həyata keçirilib.

Avia təmir zavodunun təmir təlimatına əsasən sökülmüş və əsas aqreqatlar təmir olunması üçün 356 saylı zavoda göndərilib. (Gələcəkdə bu avadanlıqların təmir edilməsi helikopterlərin əsaslı təmirinin tərkib hissəsi kimi Bakı şəhərində nəzərdə tutulub). Həmçinin helikopterin füzelyajı və elekto juqutlar defektasiya edildikdən sonra təmir edilib.

Hava gəmisinin təmiri zamanı istifadə olunan alətlər, xüsusi aqreqatlar, YSM və s. kimi məsrəf materiallar tam şəkildə "Silk Way Helicopter Services” tərəfindən təchiz edilib.

Belə bir mərkəzin yaradılması Azərbaycanın aviasiya sahəsinin yeni inkişaf mərhələsidir. Bu, təkcə yerli məqsədlə deyil, eyni zamanda, aviasiya bazarının xarici iştirakçılarını cəlb etmək üçün aviasiya texnikası təmirinin sonrakı mənimsəniməsinə təkan verir.

Tarix
2018.05.23 / 23:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla